İsmayıllıda 28 yaşlı oğlan bıçaqlandı

İsmayıllıda 28 yaşlı oğlan bıçaqlandı
HADİSƏ 26 Noyabr 2026 10:45
İsmayıllıda 28 yaşlı oğlan bıçaq xəsarəti alıb.

Sitat.info xəbər verir ki , hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.

Ona xəsarət yetirməkdə 2003-cü il təvəllüdlü Musa Xəlilli şübhəli bilinir. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.