Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq
SOSİAL 25 Noyabr 2026 19:52

Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 5 yanvar tarixli qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, xidmət haqqının miqdarı Azərbaycan ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri zamanı günlük 50 AZN, Azərbaycan ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirlər zamanı isə günlük 100 manatdır.

Hakimlər briqadasının üzvləri və yarışların baş katibinin xidmət haqqı isə müvafiq olaraq 25 və 50 manat müəyyənləşib.