Avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verildi

Avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verildi
Gündəm 25 Noyabr 2026 18:01

Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.