Azərbaycan nümayəndələri Ermənistana getdilər - Foto
Sitat.info xəbər verir ki, iştirakçıların diqqət mərkəzində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması üzrə təşəbbüslər, həmçinin iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişafı üzrə konkret tədbirlər olacaq.
Görüş zamanı həmçinin Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın qurulması, ticarətin və nəqliyyat kommunikasiyalarının inkişafı imkanlarına baxılacaq.
Humanitar məsələlərə, təhsil sahəsində qarşılıqlı əlaqələrə, gənclərlə işə, eləcə də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərinə xüsusi diqqət yetiriləcək.