Misirdə dəhşətli yanğın: 30-dan çox insan həyatını itirib
Misirin paytaxtı Qahirədə baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Yanacaq daşıyan avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində güclü yanğın meydana gəlib.
Sitat.info xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı azı 30 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yanğın qısa müddətdə ətraf əraziyə yayılıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Aytac,
Sitat.info