“Sabah”ın qapıçısı Çempionlar Liqasında qurtarış sayına görə liderdir
Sitat.info xəbər verir ki, qolkiper turnirin liqa mərhələsinin 5 turundan sonra qurtarışların sayına görə bütün qapıçılar arasında birinci yerdə qərarlaşıb.
Onun hesabında 31 seyv var. Bu göstərici ilə Stas Pokatilov “Brügge”nin qapıçısı Yan Sommeri (28) və “Portu”nun qolkiperi Dioqu Koştanı (26) qabaqlayır.
Bundan başqa, 33 yaşlı qapıçının UEFA Çempionlar Liqasının V turunda İspaniyanın “Barselona” komandası ilə Bakıda keçirilən görüşdə etdiyi qurtarış turun ən yaxşı seyvindən biri seçilib.
Həmin qarşılaşmada Stas Pokatilov 9 dəfə rəqibin zərbəsini dəf edib. Görüş Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, Stas Pokatilov cari mövsüm Çempionlar Liqasında beş qarşılaşmada iştirak edib və bir oyunda qapısını toxunulmaz saxlayıb.
//Unikal