Fransada etiraz aksiyaları: 500 şagird yaralanıb
Fransada iki aydan çoxdur davam edən lisey şagirdlərinin etiraz aksiyaları zamanı təxminən 500 şagird yaralanıb.
Sitat.info xəbər verir ki, bunu ölkənin təhsil naziri Eduard Gefre parlamentdə açıqlayıb.
Nazirin sözlərinə görə, aksiyalar zamanı 290 təhsil işçisi də xəsarət alıb. Bundan başqa, 3 min şagird barəsində intizam tədbirlərinə başlanılıb, 400-dən çox şagird isə məktəbdən xaric edilib.
Etirazlar sentyabrın 17-də təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayıb. Fransadakı liseylərin təxminən üçdə ikisi aksiyalardan təsirlənib.
Aytac,
Sitat.info