Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar: 112 dron zərbəsi...

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar: 112 dron zərbəsi...
Dünya 26 Noyabr 2026 12:43

Rusiya və Ukrayna arasında müharibə yeni hücumlarla davam edir. Tərəflər bir-birinin ərazisindəki hərbi və strateji obyektləri hədəfə almaqda davam edir.

Sitat.info xəbər verir ki, Rusiya Ukraynanın müxtəlif bölgələrinə 112 pilotsuz uçuş aparatı ilə hücum edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri dronların böyük hissəsinin qarşısının alındığını açıqlayıb. Hücumlar nəticəsində bəzi ərazilərdə dağıntıların və ziyanın qeydə alındığı bildirilir.

Bununla yanaşı, Ukrayna ordusu da Rusiyanın neft emalı müəssisələrinə və hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Qarşılıqlı hücumlar müharibənin daha geniş ərazilərə yayılması və enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Aytac,

Sitat.info