"Sabah" başsağlığı verdi

\"Sabah\" başsağlığı verdi
Gündəm 26 Noyabr 2026 18:44

"Sabah" klubu Bakıda "Barselona" ilə qarşılaşmanı izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Klubun yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verildiyi bildirilib.

Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.