Fırtına ofisi bir anda darmadağın etdi - VİDEO

Fırtına ofisi bir anda darmadağın etdi - VİDEO
Dünya 26 Noyabr 2026 19:30

Təhlükəsizlik kamerası Braziliyadakı yarış meydançasındakı ofisi dağıdan fırtınanı lentə alıb.

Sitat.info xəbər verir ki, əvvəlcə şüşələr sınıb, sonra arakəsmələr uçub. Mətbuat mərkəzi və yarış idarəetmə ofisi ən üst mərtəbədə yerləşsə də, sürəti saatda 40 milə (66,2 km/saat) çatan küləklər ofisi darmadağın edib.

Çöldə külək çadırları aşırıb və vaxt ölçmə avadanlıqlarına zərər verib. 40-cı "Cascavel de Ouro" yarışının cümə günü keçirilən seçmə mərhələsi dayandırılıb. Məlumata görə, iki nəfər yüngül xəsarət alıb.