Mürsəl İbrahimov yeni rəis təyin etdi

Mürsəl İbrahimov yeni rəis təyin etdi
SOSİAL 27 Noyabr 2026 13:48
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib

Sitat.info Yurd.Media-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin edilib.

O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.