42 yaşlı rəis qəfil öldü - Foto
Azərbaycan Dəmir Yolları QSC-nin vəzifəli şəxsi vəfat edib.
Sitat.info Ölkə.az-a istinadla xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib.
Onun ölümünə qəfil ürəktutması səbəb olub.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü F.Mustafayev 20 ilə yaxın “Azərbaycan Dəmir Yolları”nda çalışıb.