Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”

Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
Gündəm 27 Noyabr 2026 12:22
Aparıcı Fira Cəlilova (Firuzə İskəndərova) Novxanıdakı bağ evində baş verən hadisə ilə bağlı yayılan məlumatlara açıqlama verib.
Sitat.info xəbər verir ki, aparıcı bildirib ki, onun həyətində heç bir yarımtikili yoxdur və cinayətkarın məhz onun həyətindəki yarımtikilidən çıxarılması barədə yayılan məlumatlar yanlışdır.
F.Cəlilova açıqlamasında bildirib:
"Mənim həyətimdə heç bir yarımtikili yoxdur. Yarımtikili qonşunun həyətindədir. Mənim evimdə, mənim həyətimdə cinayətkar olmayıb. Mən heç bir cinayətkarı heç bir yerdə gizlətməmişəm”.
Fira Cəlilova yarımtikilidən cinayətkarın çıxarılıb-çıxarılmadığını təsdiqləyə bilmədiyini, çünki hadisəyə dair kamera görüntülərinin əlində olmadığını qeyd edib.
O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini və araşdırmanın davam etdiyi barədə məlumat aldığını da vurğulayıb.
Aparıcı media nümayəndələrini hadisə ilə bağlı məlumatları dəqiqləşdirmədən yaymamağa çağırıb.