Kənd yumurtası çörək qiymətinə satılır - Video

Kənd yumurtası çörək qiymətinə satılır - Video
SOSİAL 27 Noyabr 2026 09:53
Bazarlarda kənd yumurtası artıq çörək qiymətinə satılır.

Sitat.info Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxt bazarlarında hazırda bir ədəd yumurta 45-50 qəpiyə satılır.

Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi rayonlarda kənd yumurtasının əvvəlki dövrlərlə müqayisədə azalmasıdır.

Bölgələrdə fəaliyyət göstərən fermerlər isə yumurtanın bahalaşmasına müxtəlif səbəblər göstərirlər.

"Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli qiymət artımının mövsümi olduğunu deyir.

Kənd yumurtasının mart ayından sonra ucuzlaşacağı proqnozlaşdırılır.