Ağsuda çinar ağacı qırılaraq 6 yaşlı uşağın üzərinə düşdü

Ağsuda çinar ağacı qırılaraq 6 yaşlı uşağın üzərinə düşdü
HADİSƏ 27 Noyabr 2026 10:00
Ağsuda 6 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb.

Sitat.info xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdullayev Ramal Ehtiram oğlu Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.