Tramp: "İran üzərində qələbə yaxındır"
ABŞ Prezidenti Donald Tramp İranla münaqişə ilə bağlı açıqlama verib.
Sitat.info xəbər verir ki, o, ABŞ-ın qələbəyə yaxın olduğunu bildirib və Tehranı razılaşmaya gəlməyə çağırıb.
Trampın sözlərinə görə, Vaşinqton münaqişənin başa çatması üçün İrana imkan verir. Lakin İranın bu təklifi qəbul edib-etməyəcəyi hələ məlum deyil.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə və dünya enerji bazarına təsir göstərir. Trampın açıqlaması regionda münaqişənin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Aytac,
Sitat.info