Saxlanılan şəxs Firuzə Cəlilovanın atalığı imiş?
"Fira Cəlilova və anasının yaşadığı bağ evi əvvəllər Əlihüseyn Hüseynova məxsus olub".
Sitat.info xəbər verir ki, bu barədə Baku TV-nin məlumatında bildirilib.
"Verilən məlumata görə, bu bağ evi daha əvvəl Əlihüseyn Hüseynova məxsus olub. Bir müddət əvvəl isə ev Fira Cəlilovanın anasının adına rəsmiləşdirilib".
Qeyd edilib ki, Əlihüseyn Hüseynov evlidir və onun üç övladı var:
"Həmin şəxs bir müddət əvvəl Fira Cəlilovanın anası ilə tanış olub və qeyri-rəsmi birlikdə yaşamağa başlayıblar", - deyə süjetdə bildirilib.
Əlihüseyn Hüseynovun daha əvvəl zavod direktoru kimi çalışdığını və maddi vəziyyətinin çox yaxşı olduğu deyilir. Onun son dövrlər maddi sıxıntılarından dolayı bəzi şəxslərə qarşı dələduzluq etdiyi qeyd edilib.
Qeyd edək ki, aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynov əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunub və təkrar törətdiyi cinayətlərə görə axtarışda imiş. O, bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
Ə.Hüseynovun aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirildiyi bildirilir. Məlumata görə, Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.