BMT-dən xəbərdarlıq: 16 ölkədə aclıq təhlükəsi artır 

BMT-dən xəbərdarlıq: 16 ölkədə aclıq təhlükəsi artır 
Dünya 27 Noyabr 2026 14:28

Dünyada aclıq təhlükəsi daha da böyüyür. BMT-nin iki qurumu 16 ölkə və regionda ərzaq böhranının ağırlaşacağı barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ərzaq Proqramının hesabatına görə, 2026-cı ilin dekabrından 2027-ci ilin mayınadək bu ərazilərdə vəziyyət daha da pisləşə bilər.

Sudan, Cənubi Sudan, Somali, Nigeriyanın şimalı və Yəmən ən yüksək risk altında olan ölkələr sırasındadır.

Böhranın əsas səbəbləri müharibələr, insanların evlərini tərk etməsi, ərzaq qiymətlərinin artması və ekstremal hava şəraitidir.

Hesabatda bildirilir ki, humanitar yardıma ayrılan vəsaitin azalması da vəziyyəti ağırlaşdırır.

Nigar,
Sitat.info