Təcili! Zaporojye AES-də təhlükə PİK HƏDDƏ: elektrik təchizatı kəsildi

Təcili! Zaporojye AES-də təhlükə PİK HƏDDƏ: elektrik təchizatı kəsildi
Dünya 27 Noyabr 2026 14:55

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında elektrik təchizatı yenidən dayanıb. Nəticədə stansiya ehtiyat dizel generatorları ilə işləməyə məcbur olub.

Sitat.info xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri stansiyanın xarici elektrik təchizatını itirdiyi 28-ci haldır.

Stansiyanın altı reaktoru hazırda elektrik enerjisi istehsal etmir. Lakin nüvə yanacağının soyudulması üçün elektrik enerjisinə ehtiyac var.

BAEA Rusiya və Ukrayna ilə elektrik xətlərinin təmiri üçün müvəqqəti atəşkəs barədə danışıqlar aparır.

Agentliyin rəhbəri Rafael Qrossi xəbərdarlıq edib ki, stansiyanın cəbhə xəttinə yaxın yerləşməsi nüvə təhlükəsizliyi üçün ciddi risk yaradır.

Seymur,
Sitat.info