Ukrayna Tulada kauçuk zavoduna zərbə endirdi

Ukrayna Tulada kauçuk zavoduna zərbə endirdi
Dünya 27 Noyabr 2026 19:46

Ukrayna Müdafiə Qüvvələri noyabrın 27-nə keçən gecə Rusiyanın Tula vilayətindəki Yefremov sintetik kauçuk zavoduna zərbə endirib.

Sitat.info Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, zərbə Rusiyada fəaliyyət göstərən "Çornaya İskra" hərəkatı ilə koordinasiyalı şəkildə endirilib.

Ukrayna tərəfinin məlumatına görə, müəssisə "İskander" ballistik raketləri üçün bərk yanacaq istehsalına cəlb olunub.

Dəyən ziyanın miqyası dəqiqləşdirilir.