Hörmüz boğazında bir neft tankeri minaya düşüb

Hörmüz boğazında bir neft tankeri minaya düşüb
Dünya 27 Noyabr 2026 19:30

Hörmüz boğazında bir neft tankeri minaya düşüb.

Sitat.info xəbər verir ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbi-dəniz qüvvələrini bəyanatında bildirilib.

“Hörmüz boğazında, Qanam adasının şimalında, qapalı marşrutla gizli şəkildə keçməyə cəhd edən iki neft tankerindən biri minaya düşüb; ikinci gəmi isə geri qayıtmağa məcbur olub”.

Ekipaj üzvləri arasında mümkün itkilər barədə heç bir məlumat verilməyib.