Baş nazir qərar imzaladı  

Baş nazir qərar imzaladı  
SİYASƏT 27 Noyabr 2026 16:09

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi” təsdiq edilib.

Sitat.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Mədəniyyət Nazirliyi üç ay müddətində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.