Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu  

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu  
Dünya 27 Noyabr 2026 17:50

Rusiya və Ukrayna dinc sakinlərin öz ailələrinə qovuşması üçün daha bir humanitar missiya həyata keçirib. Vətəndaşların mübadiləsi Belarusun Qomel vilayətindəki "Novaya Quta" sərhəd-buraxılış məntəqəsində reallaşıb.

Sitat.info xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Proses çərçivəsində Ukraynadan Rusiyaya 20, əks istiqamətdə isə daha 23 mülki şəxs geri qaytarılıb.

Bildirilir ki, mübadilə edilən şəxslərin əksəriyyətini ahıl insanlardır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Belarus nümayəndəliyinin rəhbəri Rut Xeterinqton bildirib ki, təşkilat mülki şəxslərin sərhədi təhlükəsiz şəkildə keçməsinə dəstək göstərir:

"İnsanların cəbhə xəttinin hansı tərəfində yerləşməsindən asılı olmayaraq, öz yaxınları ilə qovuşmasına yardımçı olmaq məqsədilə müntəzəm icra etdiyimiz əməliyyatlardan biri də budur".