Sumqayıtda zavodda partlayış, ardınca yanğın - VİDEO 

Sumqayıtda zavodda partlayış, ardınca yanğın - VİDEO 
HADİSƏ 27 Noyabr 2026 22:37

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.

Sitat.info Musavat.com-a istindən xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən “Metaltexnaloji” MMC-nin ərazisində baş verib.

Partlayışdan sonra zavodda yanğın yaranıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, “Metaltexnaloji” MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən METALTECHNOLOGY MMC adı ilə fəaliyyət göstərir.

Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a  bildirilib ki, bu barədə nazirliyə hər hansı bir məlumat daxil olmayıb.