Premyer Liqa: “Turan Tovuz” “Kəpəz”i, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir
Sitat.info xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edəcək. Qərb derbisini baş hakim İnqilab Məmmədov idarə edəcək.
Günün növbəti matçında isə “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq. “Sabah Arena”da baş tutacaq görüşü baş hakim Vüqar Həsənli idarə edəcək.
Qeyd edək ki, daha əvvəl “Şəfa” “İmişli”yə 3:1, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIII tur
28 noyabr
16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”