Tehranda havanın çirklənməsinin kritik səviyyəyə çatdığı bir zamanda, sərnişin təyyarəsinin pilotunun baxış bucağından çəkilən video sosial mediada müzakirə mövzusu olub.
Sitat.info xəbər verir ki, Tehran iki gün əvvəl dünyanın ən çirkli şəhəri olaraq qeyd olunub.
İran Meteorologiya Təşkilatının verdiyi məlumata görə, çirklənmənin səviyyəsi, xüsusilə sənaye və sıx məskunlaşmış ərazilərdə artmaqdadır.
Son günlərdə, İranın bir çox şəhərlərində yüksək çirklənmə səbəbindən məktəb və idarələr bağlanıb, bu da şəhərlərdəki hava keyfiyyətinin bütün yaş qrupları üçün ciddi şəkildə sağlam olmayan bir səviyyəyə çatdığını bildirir.
Nigar,
Sitat.info