ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinin Amerika təyyarə istehsalçısı Boeing şirkətindən 200 təyyarə almağa razılıq verdiyini bildirib.
Sitat.info xəbər verir ki, Çinə səfərini davam etdirən Tramp, Fox News-a müsahibəsində Si Cinpinlə görüşü ilə bağlı qiymətləndirmələr apardı.
Si ilə bir çox məsələni müzakirə etdiklərini deyən Tramp, görüşün çox yaxşı keçdiyini bildirib
Çindən bəzi istəkləri olduğunu bildirən Tramp əlavə edib: “Bu gün əldə olunan razılaşmalardan biri də Boeing-dən 200 təyyarə sifarişidir. Bu, çox böyük hadisədir. Bu, çox sayda iş yeri deməkdir. Boeing 150 təyyarə istehsal etmək istəyirdi, lakin sifariş sayı 200-ə çatdı.”
Siyasi nümayəndələr və Amerika şirkətlərinin rəhbərlərindən ibarət geniş heyətlə Çində səfərdə olan Tramp, həm ikitərəfli, həm də nümayəndə heyətləri səviyyəsində görüşlər keçirmək üçün Çin Prezidenti Si Cinping ilə bir araya gəlib.
Bildirilir ki, Boeing şirkətinin baş direktoru Kelly Ortberg də Trampı müşayiət edən nümayəndə heyətinin tərkibində yer alıb.
Nigar,
Sitat.info