Qəzzada hava zərbələri: azı 8 nəfər öldü

09:16 18 May 2026

İsrail ordusunun Qəzza zolağına endirdiyi yeni hava zərbələri nəticəsində azı 8 nəfərin öldüyü bildirilir.

Sitat.info xəbər verir ki, bu barədə Reuters yerli səhiyyə mənbələrinə istinadən məlumat yayıb. Hücumların əsasən yaşayış məntəqələrini hədəf aldığı qeyd olunur.

Yaralıların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, atəşkəs danışıqları davam etsə də, bölgədə gərginlik səngiməyib. Humanitar vəziyyətin daha da ağırlaşdığı vurğulanır.

Seymur,

Sitat.info 



Xəbər xətti