“Digər Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk Vladimir Zelenski hakimiyyəti barədə kəskin ittihamlar səsləndirib.
Sitat.info xəbər verir ki, o, Zelenski rejiminin çoxsaylı “cinayətlərə yol verdiyini” deyib. İddiaya görə, bu həm daxildə, həm də xaricdə narazılıq yaratdığını iddia edib.
Medvedçuk bildirib ki, Zelenskinin yaxın ətrafı gələcəkdə ondan uzaqlaşa bilər.
O, keçmiş mətbuat katibinin verdiyi müsahibənin Kiyevdə narahatlıq yaratdığını da qeyd edib.
Medvedçukun sözlərinə görə, bu müsahibədən sonra Ukrayna hakimiyyətində qapalı iclas keçirilib və risklər müzakirə olunub.
Medvedçuk həmçinin Zelenskinin ətrafında korrupsiya iddialarının artdığını bildirib. Sonda o, Zelenskinin artıq bir çox güc mərkəzləri üçün “uyğunsuz fiqur” olduğunu iddia edib.
Tehran,
Sitat.info