Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüş üçün Pekinə səfərindən təxminən bir həftə sonra Çinə rəsmi səfər edəcək.
Sitat.info-nun TASS-a istinadən xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib ki, Putinin səfərindən “çox böyük gözləntilər” var və tərəflər bu görüşü “xüsusi strateji tərəfdaşlığın” inkişafı üçün istifadə edəcəklər.
Peskov qeyd edib ki, Rusiya və Çin bu əməkdaşlığı yüksək səviyyəli strateji tərəfdaşlıq kimi qiymətləndirir və səfər zamanı ikitərəfli münasibətlərin bütün əsas istiqamətləri müzakirə olunacaq.
Onun sözlərinə görə, Putinlə Çinə baş tutacaq səfərdə baş nazir müavinləri, nazirlər və böyük şirkət rəhbərlərindən ibarət geniş nümayəndə heyəti də iştirak edəcək.
Tehran,
Sitat.info