İran ABŞ qarşısında tələblərindən geri çəkilməyəcək - Pezeşkian AÇIQLADI

16:55 18 May 2026

İran ABŞ ilə münaqişənin həlli üzrə irəli sürdüyü şərtlərdən geri çəkilməyəcəyini bəyan edib.

Sitat.info xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian çıxış edib.

O bildirib ki, İran heç bir güc qarşısında geri addım atmayacaq:

“Biz heç bir qüvvə qarşısında əyilməyəcəyik və ölkəmizin ləyaqətini rahatlıq naminə qurban verməyəcəyik. Biz danışıqları şərəflə aparırıq və geri çəkilməyi düşünmürük”.

Məlumata görə, Pakistan vasitəçiliyi ilə ABŞ tərəfinə İranın münaqişənin dayandırılması ilə bağlı yenilənmiş təklifi təqdim edilib. Bildirilir ki, bu təklif 14 maddədən ibarətdir və əsasən hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirlərini əhatə edir.

Aytac,

Sitat.info 



Xəbər xətti