Seçki kampoaniyasında dünyaya sülh gətirəcəyini, bütün müharibələri dayandıracağını iddia edən Tramp indi dünya gedən ən ciddi müharibənin müəllifinə çevrilib. Bu isə onun təkcə dünyadakı yox, öz ölkəsindəki nüfuzuna da ciddi təsir göstərib. İranla müharibəyə görə Tramp həm Respublikaçılar, həm də Demokratlar partiyası tərəfindən tənqid olunur. İki partiya daxilində də bölünmə var.
Həm mərkəzçi, həm də daha sağa meyilli demokratlar eyni tənqidi səsləndirirlər: İran bu prosesdən daha güclü, ABŞ isə daha zəif çıxır. Respublikaçı Partiyanın "America First" qanadıda bu fikirlərə yaxın mövqe sərgiləyir.
İranla müharibə Yaxın Şərqdə hərbi müdaxilələrə qarşı çıxmaqla siyasi brendini quran bir prezident üçün dərin bir ziddiyyətdir. Xatırlayırsınızsa, o, bu müharibələri "axmaq müharibələr" adlandırırdı, özünü isə "sülh prezidenti" kimi təqdim edirdi. Amma nəticədə özü də bu prosesə qoşuldu. İrana hücum planı İsrailin baş naziri Netanyahu tərəfindən irəli sürülsə də, Trampın bütün sələfləri tərəfindən rədd edilmişdi.
Heç kim bu planı qəbul etmədi, çünki hamı anlayırdı ki, bu asan əməliyyat deyil, İran zəif düşmən deyil və atılan addımların qarşılığı olacaq.
Nəticədə sülh prezidenti müharibə prezidentinə çevrildi və çıxılmaz vəziyyətə düşdü. İndi öz səhvlərinin nəticələri ilə üzləşir, heç bir real nailiyyət əldə olunmayıb. Üstəgəl Tramp üçün yeni problemlər yaranıb və həm öz partiyasından, həm də müxalifətdən ona qarşı tənqidlər artır.
Aytac,
Sitat.info