İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq -Rusiyalı ekspert

17:54 27 Yanvar 2022

Prezident İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ istənilən halda həll olunacaq. Burada sözsüz ki, güc tətbiqi istisna edilmir. İrəvan öz öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, bu, mütləq Ermənistanla yeni müharibəyə gətirib çıxaracaq.

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Axar.az-a müsahibəsində PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

“İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı öhdəliklərindən imtina edəcəyi təqdirdə də, Azərbaycanın Silahlı Qüvvələri güc tətbiq edə bilər. Bunu sülh müqaviləsinin icrasına da aid etmək olar. Qarabağa gəlincə, bu ərazilər dünya birliyi, o cümlədən Kreml tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Burada sual qalmayıb”, - rusiyalı ekspert qeyd edib.



Xəbər xətti