Azərbaycan səhiyyəsinin çoxsaylı problemləri var. Ancaq onlardan ən mühümü dərmanların keyfiyyət və qiymət məsələsidir. Dövlət dəfələrlə bu sahəyə müdaxilə etmək istəsə də, proseslər vəziyyəti daha da oisə doğru apardı. Nəticədə ində apteklərdə dərmanlar baha olmaqla yanaşı bir çox hallarda xəstəliyin müalicəsində də effektsiz olur. Yəqin ki, hər kəs həkimlərdən "sağalmaq istəyirsinizsə, Alman apteklərindən alın" məsləhətini eşidib. Bu isə o deməkdir ki, həkimləri özləri də dərmanların keyfiyyətindən əmin deyil. Bəs bu vəziyyətin səbəbi nədir? İllərdir sınanmış ucuz və keyfiyyətli dərmanlar da yoxa çıxır. Onların yerini qiyməti 5-10 dəfə baha olan dərmanlar alır. Sanki kimsə ucuz dərmanların olmamasında və əhalinin bu sahəyə daha çox pul xərcləməsində maraqlıdır.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan professor, tibb elmləri doktoru Adil Qeybulla vurğuladı ki, dərman bazarı həqiqətən ürəkaçan vəziyyətdə deyil: "Dövlət farmokapiyası yoxdur. Ölkəyə dərmanların gətirilməsi monopoliyadadır. Onlar da hansı dərmanı istəsə gətirirlər. Dərman bazarında qiymət artımı əhalinin cibinə uyğun deyil. Əlbəttə, həm qiymət artımlarından, həm də dərmanların keyfiyyət göstəricilərindən xeyli narazılıq var".