AZAL-ın qiymətləri turizmin önündə əsas əngələ çevrilib...

16:20 28 Yanvar 2022

Turizm sektoru inkişaf etmiş ölkələrdə qış fəsli həm də yaz-yay turizm mövsümü üçün hazırlıq dövrüdür. Bu dövrdə tur paketlər endirimli qitymətlərlə satışa çıxarılır, reklam kampaniyaları start götürür. Son illər pandemiya turizmə ziyan vursa da Türkiyə, Gürcüstan və digər ölkələr bu sahəni sıradan çıxamağa qoymurlar. 

Azərbaycanda isə turizmin inkiuşafı üçün müəyyən işlər görülsə də, həm bu sahədə qiymətlətlərin  yüksək olması, həm də aviabiletlərin qonşu ölkələrlə müqayisədə xeyli baha olması turist axınını əngəlləyir. 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkədə turizmin qarşını kəsən daxili problemlərdən biri təbii ki, aviabiletlərin qiymətidir: " Doğrudur, bizdən qaynaqlanmayan problemlər də var. Dünyanın qapanması, gediş-gəlişlərdə problem olması turizm sektoruna çox böyük zərbə vurdu, o cümlədən də Azərbaycanda. Dünyada turizm sektorunun itkiləri artıq 2 trilyon dollara yaxınlaşıb. Bu da o deməkdir ki, ən böyük zərbə məhz bu sektora dəyib. Turizm sektorunda dünyada birbaşa və dolayı 700 milyon insan çalışırdı. İndi onların böyük əksəriyyəti ya gəlirlərini itiriblər, ya da işsiz qalıblar. Bu sahədə kifayət qədər ciddi problemlər var".

Qeyd edək ki, məsələ ilə bağlı AZAL-a da rəsmi sorğu göndərilib. Mövzunu davam etdirəcəyik. 

N.Cəfərlinin sözlərinə görə, aviabiletlərin baha olmasının tək səbəbi AZAL-ın inhisarçı mövqeyidir: "İnhisarçılıq qiymətləri diqtə etməyə imkan verir. Xarici şirkətlərin birbaşa bazara girişinə iqtisadi baxımdan məhdudiyyətlər var. Çünki yerüstü xidmətlər də AZAL-a məxsusdur. Yerüstü xidmətləri çox baha təklif edəndə bu xarici şirkətlərə sərf eləmir. Ona görə də, onlar Azərbaycandan yan keçirlər. Turizmin açılması və Novruz bayramı öncəsi genişlənməsi üçün quru sərhədləri də açılmalıdır. Çünki Novruz bayramında qonşu İrandan gələn turistlərin sayı çox olur. Onlar aviareyslərlə yox daha çox quru yolla, avtomobil yolu ilə Azərbaycana gəlməyə üstünlük verirlər. Bir çox ölkələr quru sərhədlərini açıb.  Azərbaycanda da quru sərhədlərin açılması turizmin inkişafı üçün çox mühüm addım olardı".



Xəbər xətti