Bakıda keçirilən konqresdə İlon Mask qalib elan olundu

17:28 2 Oktyabr 2023

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmosun tədqiqi sahəsində böyük nailiyyətlərə görə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Sitat.info xəbər verir ki, tədbirdə bu cür mötəbər konqresin Bakıda keçirilməsinin Azərbaycanın qlobal kosmik tədqiqat imkanlarına daxil olmasının vacibliyi vurğulanıb.

Mükafatlandırmada “SpaceX”in təsisçisi, baş icraçı direktoru İlon Mask fərdi nominasiyada qalib elan olunub.

NASA, ESA, CSA, “James Webb Space Telescope” şirkətləri isə komandalar arasında qalib olublar.



Xəbər xətti