Avstraliya DÇ-2034-ün evsahibliyindən imtina edib

15:48 31 Oktyabr 2023

Avstraliya Futbol Federasiyası (FFA) 2034-cü ildə keçiriləcək dünya çempionatına evsahibliyi etmək üçün namizədliyini verməkdən imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə FFA rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bildirilib ki, DÇ-2034-ü təşkil etmək imkanını araşdırdıqdan sonra buna ehtiyac duyulmayıb: “Bütün amilləri nəzərə alaraq, 2034-cü ildə reallaşacaq mundial üçün ərizə göndərməmək qərarına gəldik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə evsahibliyi etmək üçün rəsmi müraciət ünvanlayıb.



Xəbər xətti