İsveçin cənubundakı Malmö şəhərində “Avroviziya”un ikinci yarımfinalı baş tutub, final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Sitat.info xəbər verir ki, cümə axşamı səhnəyə 16 iştirakçı çıxıb, onlardan daha 10-u finala vəsiqə qazanıblar: Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan.
Çərşənbə axşamı baş tutan birinci yarımfinalın nəticələrinə əsasən, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri həlledici mərhələyə yüksələ biliblər.
Mayın 11-də keçiriləcək finalda ümumilikdə 26 ölkə iştirak edəcək.