"Bitcoin" bahalaşdı

\"Bitcoin\" bahalaşdı
İQTİSADİYYAT 02 Oktyabr 2026 19:12
Bitcoin”in qiyməti 87 min dollara yaxınlaşır

Sitat.info xəbər verir ki, dünyanın əsas kriptovalyutası gün ərzində 3 faizdən çox artım göstərərək 86 min 954 dollara çatıb. Aparıcı kriptovalyutanın həftəlik qazancı isə 2,6 faizə çatıb.

“Bitcoin” son 3 ayda güclü bərpa trendini davam etdirib və həmin ayları artımla tamamlayıb. Dünyanın əsas kriptovalyutası son 15 ilin 10 ilində oktyabr ayını orta hesabla 27,4 faiz artımla başa vurub. Ötən həftə ABŞ spot “Bitcoin” bazarında isə 1,92 milyard dollar xalis axın qeydə alınıb.

“CoinMarketCap” analitik şirkətinin məlumatına görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində 2,27 faiz artımla 2,93 trilyon dollara yüksəlib.

Analitiklərin fikrincə, “Bitcoin”in qiyməti kriptovalyuta bazarında aktivlik fonunda artır. Sentyabr ayında güclü bərpa nümayiş etdirən “Bitcoin”in qiymətində oktyabr ayında tarixi artım gözlənilir.