"Fənərbağça" Bakıda - FOTOLAR

\"Fənərbağça\" Bakıda - FOTOLAR
İdman 02 Oktyabr 2026 19:22
Yoldaşlıq oyununda "Turan Tovuz"la qarşılaşacaq Türkiyənin "Fənərbağça" komandası Bakıya gəlib.

Sitat.info xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu və media mənsubları qarşılayıblar.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.