Qonşu İran bu gün dərin siyasi və sosial böhran içindədir. Etirazlar, qadın hərəkatı, iqtisadi çöküş və beynəlxalq təcrid ölkəni tarixi dəyişiklik astanasına gətirib. Bu şəraitdə tez-tez səslənən suallardan biri də budur: Amerikada mühacirətdə yaşayan Rza Pəhləvinin İranda hakimiyyətə gəlmək üçün real şansı varmı?
Məsələ ilə bağlı hüquqşünas Əlövsət Əliyev İrabda baş verənləriı şərh edib.
O bildirib ki, Rza pəhləvinin İrana qayıdışı mükün deyil: "Hazırkı rejim mövcud olduğu müddətdə Rza Pəhləvinin İrana qayıdışı mümkün deyil. O, sistem tərəfindən “düşmən fiqur” kimi qəbul olunur və qayıdış onun üçün azadlıq deyil, təhlükə deməkdir.
Rejim zəifləyərsə, Rza Pəhləvi hakimiyyətdən daha çox keçid dövrünün simvolik fiquru ola bilər. İran cəmiyyətində ona münasibət birmənalı deyil; onu dünyəvilik və sabitlik simvolu sayanların sayı çox azdır. Yəni Rza Pəhləvi razılaşma üçün ümummilli fiqur deyil.
Fikrimcə, ölkənin gələcəyini müəyyən edən şəxslər yox, institutlar və hüquqi mexanizmlərdir və belə də olmalıdır. Keçid dövrlərində simvolik liderlər mümkündür, lakin real dəyişiklik daxildən gəlməlidir.
Ən böyük risk isə “xaricdən gətirilmiş lider” damğasıdır. Bu damğa güclü daxili dəstək və şəffaf proseslər olmadan Rza Pəhləvinin legitimliyini zəiflədə bilər.
Nəticə etibarilə, Rza Pəhləvini İranda bu gün üçün təhlükə, sabah üçün isə ehtiyatla yanaşılmalı simvolik rol gözləyir. Ümid edək ki, qonşu İranın gələcəyi bir adın ətrafında deyil, cəmiyyətin cəmiyyətin müəyyən edəcəyi sistem ətrafında formalaşacaq".
Tehran