İsrail hücumları nəticəsində viran qalan şimali Qəzza zolağında Ramazan ayının ilk iftar mərasimi dağıntılar arasında qurulmuş masalar arxasında toplu şəkildə keçirildi.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, qəzzalılar bu il Ramazana dağıntılar içində girdilər.
15 aydan çox davam edən İsrail hücumları nəticəsində minlərlə ev dağıntıya çevrilib, yüzminlərlə ailə məcburi köçkün düşüb.
Fələstin Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, Qəzza zolağında 300.000-dən çox tikili qismən və ya tamamilə dağıdılıb.
Qəzzada 60.368 ev, 823 məscid, 3 kilsə və universitet binaları ilə yanaşı, 136 təhsil müəssisəsi tamamilə dağıdılıb, 355-i isə zərər görüb.
Qəzza zolağının şimalındakı Qəzza şəhərinin əş-Şucaiyyə məhəlləsində yüzlərlə fələstinli dağılmış küçələrdə dağıntılar arasında qurulmuş böyük bir süfrədə toplu şəkildə ilk oruclarını açıb.
Aytac,
Sitat.info