İsrail Pezeşkianı da hədəfə ala bilər - Politoloq

13:55 18 Mart 2026

"Əli Laricani ABŞ-la konfedensial danışıqları Türkiyə vasitəsilə etməyi planlaşdırırdı.Ona görə də İsrail onu aradan götürdü".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, İranın Təhlükəsizlik Şurasının Katibi Ə. Laricaniyə ABŞ-nin münasibəti müsbət idi: "Ona qarşı hərhansı bir sui-qəsd planı yox idi. Ona görə də açıq şəkildə Tehran küçələrinə çıxmışdı. ABŞ onunla dialoqda maraqlı idi. Onun vacibliyini ona görə qeyd etmişdim ki, İsrail onun öldürülməsində maraqlı idi. Çünki B. Netanyahu Tehranla Vaşinqton danışıqlarının əleyhinədir. ABŞ-nin  Rusiya -Ukrayna müharibəsində ciddi irəliləyişlər olmadan İrana qarşı müharibəyə başlaması məhz B. Netanyahunun təhriki ilə həyata keçirilib. Bunu bu gün istefa verən D. Trampın müşaviri və Kongrensmenlər də qeyd edir".

Politoloq hesab edir ki, hazırda İranda əsas fiqur məhz prezident M. Pezeşkiandır: "SEPAH bütün səlahiyyətləri ona verib, idarəetmədən çəkiləcəksə, hazırkı böhrandan çıxış yolu ola bilər. Amma, İsrail prezidenti də hədəf ala bilər".

Nigar,

Sitat.info

 



Xəbər xətti