Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib

12:30 14 May 2026

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib.
 
Sitat.info Redaktor.az-a istinadla xəbər verir ki, bu şöbələrin ləğvi nəticəsində Dövlət Xidmətinin Gəncə şəhər idarəsi yaradılıb.
 
İdarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.



Xəbər xətti