Rusiyanın verdiyi neft ehtiyatları tükəndikcə Kubanın enerji böhranı daha da pisləşəcək.
Sitat.info xəbər verir ki, bunu Kubanın energetika və mədən naziri Visente de la O Levi deyib.
O bildirib ki, Kubanın enerji sektorunda kritik vəziyyət daha da pisləşə bilər:
"Martın sonunda alınan Rusiya nefti artıq tükənmək üzrədir. Elektrik şəbəkəsinin istismarı üçün lazım olan neft ehtiyatları da demək olar ki, bitib. Kubalılar müntəzəm olaraq elektrik enerjisi kəsintisindən əziyyət çəkirlər. Ada Çin tərəfindən bağışlanan panellər sayəsində günəş enerjisindən getdikcə daha çox istifadə edir, lakin bulud örtüyü və hava şəraiti səbəbindən istehsal olunan enerjinin miqdarı çox vaxt dəyişir. Havanada elektrik enerjisinin kəsilməsi hazırda 20-22 saatdan çox davam edir".