Ermənistan Rusiya ilə mübahisə etmək niyyətində deyil.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan danışıb.
“Birincisi, ona görə ki, bu, bizim miqyasımıza uyğun deyil, biz kiçik bir dövlətik. Bu nə bizim vəzifəmizdir, nə məqsədimiz, nə də miqyasımıza uyğundur. Digər tərəfdən isə unutmayın ki, biz Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüyük”, - deyə Paşinyan bildirib.
Bununla yanaşı, o, rəqiblərini Ermənistanla Rusiyanı qarşı-qarşıya qoymağa yönələn “ucuz təxribatlar” etməkdə ittiham edib.