Avropa İttifaqı (Aİ) Ukraynaya 6 milyard avroluq yardım paketini yekunlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkədə məlumat verib.
“Biz pilotsuz uçuş aparatlarının tədarükü üçün 6 milyard avroluq yardım paketini yekunlaşdırırıq”, - o bildirib.
Lyayenin sözlərinə görə, Aİ sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına təzyiq göstərməkdə və Ukraynanı gücləndirməkdə davam edir.