Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanı "xain" adlandıran bloger Artak Avetisyana qarşı cinayət işi açıb. Onun həbsi üçün məhkəməyə ərizə təqdim edilib.
Sitat.info xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.
Bildirilib ki, 12 may 2026-cı ildə Avetisyan informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyi qızışdırmağa yönəlmiş açıqlamalar verib.
Bununla bağlı ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi açılıb.
Bu maddələr üzrə üç ildən altı ilədək həbs cəzası nəzərdə tutulur.