Maksimum balı təkcə o topladı

17:23 15 May 2026

Bu gün aprelin 19-da keçirilən imtahanların nəticələri açıqlanıb. 
 
 
Sitat.info Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 11-ci siniflərin buraxılış imtahanında cəmi 1 nəfər ən yüksək nəticəni göstərib.  
 
Bu, Naxçıvanın Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğludur. O, imtahanda maksimal - 300 bal toplayıb. 
 
Qeyd edək ki, A.Babazadə 2 il əvvəl IX sinif buraxılış imtahanlarında da yüksək nəticə göstərib və rayon birincisi olub.



Xəbər xətti