Almaniya kansleri Fridrix Merz Çindən qayıdan ABŞ Prezidenti Donald Trampa zəng edib.
Sitat.info xəbər verir ki, bu barədə Merz özünün X səhifəsində məlumat yayıb.
Tərəflər razılaşıblar ki, İran danışıqlara getməli, Hörmüz boğazını açmalı və nüvə silahına sahib olmasına icazə verilməməlidir.
Onlar həmçinin Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Ukrayna məsələsi üzrə mövqelərini koordinasiya ediblər.